Zoltan Hernyes Gəncədədir
Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Səfir Zoltan Hernyes səmimi qəbula görə təşəkkürünü bidirib. O qeyd edib ki, Gəncəyə ilk dəfədir ki səfər edir. Gəlişinin məqsədinə toxunan səfir bildirib ki, o Avropa Şurasının "Azərbaycanda gender bərabərliyi və media azadlığı" layihəsi çərçivəsində keçirilən "Gender bərabərliyi və media" mövzusunda informasiya sessiyasının açılışında iştirak etmək üçün Gəncədədir.
Səfir Zoltan Hernyes: “Ümid edirik ki, “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində baş tutan təlimlərdə əldə olunan məlumatlar tövsiyə kimi qalmayacaq, praktikada öz əksini tapacaq. Dövlət qurumlarının, vətəndaş cəmiyyətlərinin bu layihəyə dəstəyi göstərir ki, Azərbaycanda gender bərabərliyi məsələsinə xüsusi diqqət yetirilir və bu istiqamətdə gələcəkdə də böyük irəliləyişlərə nail olunacaq”.
Səmimi söhbət şəraitində keçən görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub, xatirə şəkli çəkdirilib.
Azvision.az
Teqlər: Gəncə