Gürcüstan prezidenti Bakıya gəldi - FOTO (Yenilənib)

Gürcüstan prezidenti Bakıya gəldi -  FOTO (Yenilənib)
  27 Fevral 2019    Oxunub:5213
Gürcüstanın Prezidenti xanım Salome Zurabişvili fevralın 27-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Gürcüstanın Prezidenti Salome Zurabişvilini Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşıladılar.



***
(09:34)

Bu gün Gürcüstan prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfərə gələcək.

Azvision.az xəbər verir ki, Gürcüstanın Prezident Administrasiyasının yaydığı məlumata əsasən, ölkə rəhbərinin səfəri qonşu Azərbaycanla strateji tərəfdaşlığın inkişaf etdirilməsi məqsədi daşıyır.

Zurabişvilinin səfər çərçivəsində yüksək səviyyəli görüşlər keçirəcəyi, həmçinin Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Azərbaycanda yaşayan gürcüstanlı tələbələr və biznes sektorun nümayəndələri ilə görüşlərinin nəzərdə tutulduğu vurğulanıb.

Dövlət başçısının başçılıq etdiyi nümayəndə heyətinə Gürcüstanın Prezident Administrasiyasının üzvləri və digər rəsmi şəxslər daxil olacaq.

Qeyd edək ki, bu, Salome Zurabişvilinin Gürcüstan prezidenti seçilməsindən sonra Azərbaycana ilk rəsmi səfəri olacaq.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Gürcüstan   Zurabişvili  





Xəbər lenti