Məmmədyarov belçikalı nazirə Xocalıdan danışıb

Məmmədyarov belçikalı nazirə Xocalıdan danışıb
  27 Fevral 2019    Oxunub:1483
Cenevrəyə işgüzar səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Belçika Krallığının Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri üzrə naziri Didye Reynders ilə görüşüb.
XİN-dən Azvision.az -a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Belçika arasında mövcud olan əməkdaşlıq münasibətlərinin cari vəziyyəti haqda fikir mübadiləsi aparıldı.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesinin cari vəziyyəti haqqında həmsöhbətinə məlumat verdi və bu gün 27-ci ildönümü anılan, Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımından bəhs etdi.

Daha sonra tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdilər.

Azvision.az



Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti