Məmmədyarov Zernovski ilə görüşüb

Məmmədyarov Zernovski ilə görüşüb
  26 Fevral 2019    Oxunub:1775
Cenevrəyə işgüzar səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Şimali Makedoniyanın xarici işlər nazirinin müavini Andrey Zernovski ilə görüşüb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan və Şimali Makedoniya arasında əlaqələrin cari vəziyyəti haqqında fikir mübadiləsi aparıblar.

Münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə qarşılıqlı səfər mübadiləsinin əhəmiyyəti vurğulanıb. Həmçinin tərəflər iqtisadi əməkdaşlığı və sərmayə qoyuluşunu artırmaq məqsədilə biznes forumlarının keçirilməsinin zəruriliyini bildiriblər.

Görüş zamanı, habelə tərəflər enerji sahəsində ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Azvision.az



Teqlər: XİN  





Xəbər lenti