Nazirliyin mətbuat xidmətindən
Azvision.az -a bildiriblər ki, sosial media üzərindən aparılan aksiyanın məqsədi soyqırımı faktının dünya ictimaiyyətinin diqqətinə çatdırılması yolu ilə “Xocalıya Ədalət” kampaniyası çərçivəsində reallaşdırılan tədbirlərə dəstək verməkdir. Bu məqsədlə nazirlik gənclər təşkilatlarını və gəncləri aksiyada fəal iştirak etməyə çağırıb. Gənclərin bu işdə fəal olmalarının və təlimata uyğun hərəkət etmələrinin, onların “Facebook” və “Twitter” səhifələrindəki sosial media hesablarında kütləvi paylaşımlar etmələrinin vacibliyi qeyd edilib. Həmçinin paylaşımlar zamanı #justiceforkhojaly və #karabakh həştəqlərindən istifadə edilməsi tövsiyə olunur.
Layihənin icrası ilə bağlı poster və infoqrafikalar hazırlanıb, həştəqlərdən istifadə qaydası, paylaşımlar üçün foto, video, eləcə də Azərbaycan, ingilis, rus, fransız və ispan dillərində tvit bazası yaradılıb.
Azvision.az