Naxçıvanda komanda-qərargah təlimi keçirilib - VİDEO
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, 2019-cu tədris ilinin ilk komanda-qərargah təlimində “Dövlət sərhədinin pozulması hallarının qarşısının alınması üzrə Naxçıvan Qarnizonu Qoşunlarının birgə fəaliyyəti” icra edilib.
Axtarış əməliyyat tədbirlərinin daha effektli həyata keçirilməsi üçün əməliyyat rayonunda yaradılmış birgə qərargahda toplanan məlumatlar təhlil edilərək mərkəzi qərargaha ötürülüb. Mərkəzi qərargahda Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayevin rəhbərliyi altında təlimin gedişi canlı videobağlantı vasitəsilə izlənilib.
Əlahiddə Ümumqoşun Ordunun, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, yerli hüquq-mühafizə və icra orqanlarının birgə fəaliyyəti nəticəsində təlimdə qarşıya qoyulmuş məqsədlərə tam nail olunub.
Azvision.az