Dəm qazından ölən tələbənin atası: “Təcili yardım gələndə çox gec idi”

  Dəm qazından ölən tələbənin atası:    “Təcili yardım gələndə çox gec idi”
  26 Fevral 2019    Oxunub:10236
“Aytən Qovlarda ən yüksək bal toplayan tələbə olub. İndiyə kimi heç kim onun qədər bal yığmayıb. Universitetdə də öz qruplarının nümayəndəsi idi”

Bunu Azvision.az -a ötən gün dəm qazından zəhərlənərək ölən tələbə, Tovuz rayon sakini Aytən Camalovanın atası Hikmət Camalov deyib.
Onun sözlərinə görə, qızı öz qəsəblərindən olan başqa bir qızla Bakıda kirayədə yaşayırmış: “Evdə iki qız qalırdı. Aytən dünən saat 11 radələrində hamamda dəm qazından zəhərlənib. Artıq təcili yardım gələndə çox gec idi”.

ADU-dan Azvision.az -a bildirilib ki, Aytən Camalova birinci imtahan sessiyasında yaxşı nəticə göstərdiyi üçün əlaçı təqaüdünə layiq görülüb.

Qeyd edək ki, ötən gün 2001-ci il təvəllüdlü Camalova Aytən Hikmət qızı kirayədə yaşadığı mənzildə dəm qazından boğularaq dünyasını dəyişib. Tovuz rayonundan olan A.Camalova Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsinin I kurs (103b qrup) tələbəsi idi. O, 622 bal toplayaraq tələbə adını qazanmışdı.

Aytən Zəhra
Azvision.az





Teqlər: Tələbə   Qız   Tovuz  





Xəbər lenti