“Qarabağ azad edilməyincə, biz də rahat olmayacağıq” - Türkiyə səfiri

  “Qarabağ azad edilməyincə, biz də rahat olmayacağıq” -    Türkiyə səfiri
  26 Fevral 2019    Oxunub:1949
"Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir"

Azvision.az xəbər verir ki, bunu Xocalı faciəsinin ildönümü ilə əlaqədar anım mərasiminə qatılan Türkiyənin Bakıdakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında deyib.
"Xocalıda qətlə yetirilən insanların qanı yerdə qalmamalıdır. Türkiyə hər zaman Azərbaycanın yanında dayanmalıdır ki, bir daha belə faciə yaşanmasın, kimlərsə buna cəsarət etməsin. Türkiyənin əksər şəhərlərində Xocalı ilə bağlı anım tədbirləri keçirilir. Azərbycanın işğal altında olan torpaqları azad edilməyincə, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmayınca, biz də rahat olmayacayıq", - deyə səfir vurğulayıb.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Türkiyə   Səfir  





Xəbər lenti