Ermənistanın 305 hərbçisi İnterpola axtarışa verilib

   Ermənistanın 305 hərbçisi İnterpola axtarışa verilib
  26 Fevral 2019    Oxunub:2466
Ermənistanın silahlı qüvvələri, həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni separatçı rejimin qanunsuz silahlı birləşmələri tərəfindən törədilən cinayət faktları üzrə beynəlxalq hüquq normalarına uyğun hərtərəfli istintaq aparılaraq sülh və insanlıq əleyhinə, habelə müharibə və digər xüsusi cinayətlər törətmiş 305 şəxs İnterpola axtarışa verilib.
Azvision.az xəbər verir ki, bu barədə AzərTAc-a açıqlamasında Azərbaycan Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev məlumat verib.

Həmin şəxslərin Azərbaycan Cinayət Məcəlləsinin 103 (soyqırımı), 107 (deportasiya), 113 (işgəncə), 115 (müharibə qanunlarını və adətlərini pozma) və 116-cı (silahlı münaqişə zamanı beynəlxalq humanitar normalarını pozma) maddələrində nəzərdə tutulan cinayətləri sübuta yetirilib və təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilmələrinə dair qərarlar qəbul edilib.

E.Tağıyev bildirib ki, həmin 305 şəxs barəsində həbs qətimkan tədbiri seçilib və axtarışlarının təmin edilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycandakı Milli Bürosuna və Daxili İşlər Nazirliyinə təqdim edilib. Onların 39-u Xocalı soyqırımı, 12-si Qaradağlı, 18-si Bağanis-Ayrım, 9-u Meşəli, 47-si Kərkicahan soyqırımlarında təqsirli bilinir. Daha 35 nəfər əsir və girov götürülmüş şəxslərə qarşı işgəncə faktları üzrə, 133 nəfər isə qəsdən adamöldürmə və digər cinayətlərdə ittiham olunur.

Azvision.az



Teqlər:





Xəbər lenti