Bakıda iki qəsəbəni birləşdirən yol yenidən qurulur

Bakıda iki qəsəbəni birləşdirən yol yenidən qurulur
  26 Fevral 2019    Oxunub:1656
Paytaxtın Sabunçu və Suraxanı rayonlarının qəsəbələrini birləşdirən yol yenidən qurulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, uzunluğu 5,1 kilometr olan yolun 1,6 kilometri 4 hərəkət zolaqlı olmaqla eni 20 metr, 3,5 kilometri isə 2 hərəkət zolaqlı olmaqla eni 8 metrdir. Bakının iki rayonunu, Bakıxanov, Qaraçuxur və Yeni Suraxanı qəsəbələrini birləşdirən yolda hazırda asfaltlanma işlərinə başlanılıb və yeni asfalt-beton örtüyü döşənir. Vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkisi 5200 kvadratmetr sahədə bərpa olunur, yolboyu köhnə səki daşları yenisi ilə əvəz edilir. Təmir-tikinti işləri çərçivəsində yolboyu 60 min kvadratmetrədək sahədə tam yeni və müasir yol infrastrukturu yaradılır.

Təmir-tikinti işlərinin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə isə yol-cizgi və yolgöstərici xətlər, piyada zolaqları çəkiləcək, zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq.

Azvision.az



Teqlər: Yol   Bakı   Qəsəbə  





Xəbər lenti