“Binaların sənədləşməsi məsələsinə son qoyuldu” - Prezident

   “Binaların sənədləşməsi məsələsinə son qoyuldu” -    Prezident
  26 Fevral 2019    Oxunub:2579
Uzun illər vətəndaşları narahat edən mənzillərin sənədləşməsi məsələsinə son qoyuldu.
Azvision.az xəbər verir ki, bu barədə iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə çıxış edən Prezident İlham Əliyev uzun illər ərzində vətəndaşları narahat edən problemlərdən birinin də vaxtilə tikilmiş və hansısa səbəblərə görə rəsmi olaraq qəbul edilməmiş çoxmənzilli binaların sənədləşməsi ilə bağlı olduğunu deyib.

“Biz bu məsələyə də son qoyduq. İmzaladığım Fərman əsasında artıq bu məsələ həll olunmuş hesab edilməlidir. Yaxın gələcəkdə müvafiq dövlət orqanları bütün sənədləşmə işlərini apararaq məsələnin həllini təmin edəcəklər. Dörd yüz çoxmənzilli binada təxminən 60 minə yaxın əhali yaşayır. O vətəndaşların ailə tərkibləri təqribən toplam 300-400 min arasıdır. Yəni, bu da çox ciddi addım idi. Biz bunu da həll etdik”, - deyə dövlət başçısı vurğulayıb.

Azvision.az



Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti