Kiyevdə soyqırıma dair konfrans təşkil olunub
Ermənistan silahlı birləşmələri və separatçı qüvvələrinin törətdiyi cinayətlər barədə danışan Azərbaycan Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev çıxışında vurğulayıb ki, regiona ermənilərin köçürülməsi nəticəsində XX əsrin əvvəlində erməni ifrat millətçiləri azərbaycanlılara qarşı öz məkrli planlarını həyata keçiriblər. Belə ki, həmin dövrdə erməni şovinistləri “Daşnaksutyun” partiyasının proqramında irəli sürülmüş “Böyük Ermənistan” ideyasını rəhbər tutaraq, azərbaycanlıların öz əzəli torpaqlarından qovulmasına yönələn etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başlayıblar.
Tədbirdə Taras Şevçenko adına Kiyev Milli Universitetinin (KMU) Beynəlxalq Münasibətlər İnstitutun direktoru Valeri Kopeyka, Ukrayna hərbi prokurorluğun nümayəndəsi Anton Ruban, Xocalı hadisələrinin canlı şahidi, pilot Leonid Kravets və institutun professor-müəllim heyəti insanlığa və bəşəriyyətə qarşı cinayətlərin törədilməməsi üçün dünya birliyinin daha effektli fəaliyyətinin vacibliyini vurğulayıb.
Elmi konfransda xarici ölkələrin Ukraynadakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri, ictimai-siyasi xadimlər, KİV nümayəndələri iştirak ediblər.
Azvision.az