“Bu faciəni törədənlərə insan demək olmaz” - Əli Əhmədov

 “Bu faciəni törədənlərə insan demək olmaz” -   Əli Əhmədov
  25 Fevral 2019    Oxunub:1695
“Xocalı sıyqırımı ən qanlı hadisələrdən biridir. Bir gecənin içində erməni daşnakları ölkəmizin bir şəhərinin əhalisini tamamilə məhv edib, dinc əhaliyə amansızlıqla divan tutulub, 613 nəfər qətlə yetirilib, meyitlər təhqir olunub, 1275 nəfər girov götürülüb. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın və 70 nəfəri ahıl qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib. Faciə bir gecənin içində baş verib. Bu dəhşətli hadisə heç vaxt unudulmayacaq”.
Azvision.az xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov “Xocalı soyqırımını unutmadıq!” adlı keçirilən tədbirdə deyib. Baş nazirin müavini bildirib ki, Azərbaycan xalqı qisasçı olmayıb, heç vaxt qisasçılıq aşılanmayıb:

“Biz insanları, xüsusilə də gəncləri qisasçılığa yönəltmirik. İstəyirik, bu qətliamı törədənlər cəzalandırılsın. Qarşımızda duran vəzifə budur. Bir xalq, millət olaraq buna nail olacağıq. Biz faicəni dünyaya tanıtmalıyıq. Bu istiqamətdə müvafiq işlər görülüb. Bu faciəni törədənlərə insan demək olmaz. Soyqırımı erməni silahlı qüvvələri, onların havadarları törədib, məsuliyyəti birbaşa onlar daşıyır”.

Ə.Əhmədov vurğulayıb ki, ölkənin sərhədlərini qorumaq üçün dövlət güclü olmalıdır: “Dövlət güclü olmazsa, insanları qoruya bilməz. 1990-cı illərdə torpaqların işğalının bir səbəbi ermənilərin işğalçılıq siyasəti idisə, digər səbəb isə dövlətin zəif olması idi. Zəifləyən dövlətə müxtəlif formada təzyiqlər edilir”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Əli-Əhmədov  





Xəbər lenti