Bu il şəhid ailələri üçün 800 mənzil alınacaq

Bu il şəhid ailələri üçün 800 mənzil alınacaq
  25 Fevral 2019    Oxunub:2409
"Şəhid ailələri üçün bu il 800 mənzil alınıb onlara veriləcək. Keçən il 626 mənzil verilmişdir. Yəni, iki il ərzində 1400-dən çox mənzil şəhid ailələrinə veriləcək".
Azvision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə bildirib.

Dövlət başçısı qeyd edib ki, bu günə qədər mənzil almayan bütün şəhid ailələri növbəti illər ərzində, yaxın gələcəkdə mənzillərlə təmin ediləcəklər. Belə ki, indiyədək 6500-dən çox şəhid ailəsi dövlət tərəfindən mənzillərlə, evlərlə təmin edilib.

Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti