Qanlı hadisənin qurbanları anıldı
V.Vəlimətov onu da qeyd edib ki, baş vermiş Xocalı faciəsinin, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəldilmiş ən ağır soyqırım cinayətlərindən biridir.
Daha sonra çıxış edən rəis müavinləri, polis polkovnik leytenantı Arzu Rzayev və polis mayoru Qoşqar Kazımov, eləcə də Siyəzən Rayon Təhsil Şöbəsinin nümayəndəsi Vuqar Abdullayev Xocalı haqqında həqiqətin dünyaya yayılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün dövlətimiz tərəfindən bütün zəruri addımların atıldığını bildiriblər.
Məruzəçilər Xocalıda baş verən qırğınların Azərbaycan xalqının qan yaddaşına həkk olunduğunu və bu hadisənin heç vaxt unudulmayacağını, soyqırımın insanlığa qarşı törədilmiş ən dəhşətli faciələrlə bir sırada durduğunu, eyni zamanda bəşər sivilizasiyasına, insan haqlarına qarşı törədilmiş qatı cinayət olduğunu deyiblər.
Azvision.az
Teqlər: DİN