Qazaxıstandakı xarici gənclər Xocalı soyqırımına klip həsr etdilər - VİDEO

  23 Fevral 2019    Oxunub : 1270
Qazaxıstandakı xarici gənclər Xocalı soyqırımına klip həsr etdilər - VİDEO
Qazaxıstan Respublikasında yaşayan soydaşlarımız və müxtəlif millətlərin nümayəndələri Xocalı soyqırımının 27-ci ildönümünü ilə əlaqədar qardaş yurdda ilkə imza atıblar.
Azvision.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Aida Eyvazlı özünün feysbuk səhifəsində yazıb. O bildirib ki, kampaniyanı təşkil edənlər Xocalı faciəsini dünya ictimaiyyətinə öz musiqi qruplarının hazırladıqları mahnı ilə çatdırmağa qərar veriblər.



A.Eyvazlı Soydaşımız Nelya Quliyevaya telefon açaraq, ondan münasibət öyrənib. N.Quliyeva deyib ki, o dünyanı anlamağa başlayandan Xocalı faciəsindən xəbərdardır: "Bu dərd hər zaman mənim qəlbimi göynədib. Və bir gün bu dərdi şerə və mahnıya çevirmək istədim. Qazaxıstanda yaşayan dostlarıma müraciət etdim. Onlar mənim dərdimi anladılar. Axı, Xocalı soyqırımı dünyada insanlığa qarşı törədilən soyqırımlar - Qazaxıstan və Ukraynada 1930-cu illərdən başlayan Aclıq (Aşarşılık) soyqırımı, İsraildəki Holokost, Kombodja və Ruandadakı etnik təmizləmə soyqırımı və Bosnadakı Serebrenitsa ilə eyni bərabər soyqırımdır. İndi bir az rahatam ki, bəlkə bu kliplə dünya bizi eşidər”.

Mahnının rejissoru Alen Niyazbekov və bəstəkarı Azat Ospanov isə Xocalı soyqırımına həsr etdikləri kliplə XXI əsrdə dünyanı bu cür soyqırımlardan uzaq olmağa çağırdıqlarını deyirlər: "Biz istəmirik ki evlər, yansın, biz istəmirik ki, Xocalıda olduğu kimi başqa şəhərlər də yer üzündən silinsin, ocaqlar yurdlar viran qalsın. Xocalı insanlığa qarşı törədilmiş çox ağır cinayətdir. Biz inanırıq ki, dünya bu klipi dostluğa, sülhə-əminamanlığa çağırış kimi qəbul edəcək. Biz özümüz istədik ki, hazırldığımız klipi ilk dəfə Azərbaycanın Qazaxıstandakı səfirliyində təqdim edək”.

Klipin təqdimatı həm də Almatı, Aktau və Atırau şəhərlərində də keçiriləcək. Klipi ərsəyə gətirənlər Azərbaycanın Qazaxılstandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov tərəfindən minnətdarlıq məktubu ilə mükafatlandırılıblar.

"Fevral ildırımı” adlı kliplin ərsəyə gəlməsində tarda həmyerlimiz , məşhur tarzən Şəhriyar İmanov, aranjiman Azilxan Jumaliyev ,prodüser Dana Rıskeldinovanın da əməyi var.

A.Eyvazlı "Fevral ildırımı” klipindəki mahnının sözlərini dilimizə çevirib:

Uca dağların qoynunda,
Qarabağ bir cənnət idi.
Yaşıl dərəsində axan çaylarla,
Türklərin yurdundan nişan verirdi.

Heç kim bilmirdi ki, bir fevral günü
İldırım çaxacaq cənnət diyarda.
İşıqlar sönəcək pəncərələrdə,
Ocaq çatacaqlar düşmənlər burda

Türkü yandıracaq qaynar ocaqda.
613 ruh dolanır göydə sərgədan
Fırlanır şəhərin başının üstə
Ruhun harayını kimsə eşitmir,
Daş da qalmayıbdır daşının üstə
Ruhlar yerə enib evlərdə gəzir
Beşik arayırlar, layla çalırlar.

Rular danışırlar, qışqırışırlar:
Qoymayın ocaqda yanan balamdı,
Anamın başını kəsir düşmənim.
Ruhlar ağlayırlar, haray çəkirlər

Niyə eşitmirsiz səsimi mənim?...
Nə vaxt eşidəcək bəs dünya bizi,
Dünyaya deyin ki, bizi qırıblar,
Soyqırım ediblər soyuq gecədə,
Bizim yurdumuzu yağmalayıblar.

Bizi qaytarınız öz evimizə,
Bizi qaytarınız öz yuvamıza.
Deyirlər Ədalət qalib gələcək,
Ancaq Xocalıda kimsə oyanmır.

2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanan "Xocalıya ədalət" beynəlxalq kampaniyası uğurla davam edir. Artıq bir neçə ölkə və bir neçə ölkənin parlamenti bu soyqırıma siyasi və hüquqi qiymət verməkdədirlər.

Fevralın 26-da Xocalı soyqırımının 27-ci ildönümünü yaşayacağıq. Bu faciə ilə bağlı Azərbaycan Prezidentinin Sərəncamı ilə ölkəmizdə və xaricdə siısilə tədbirlərə start verilib.

Teqlər: Xocalı