Stokholmda Ermənistan səfirliyi önündə etiraz aksiyası - FOTOLAR
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində soyqırımı təsvir edən və baş vermiş faciə haqqında müxtəlif dillərdə informasiyanın olduğu broşürlər Stokholm sakinlərinə təqdim olunub, habelə onları maraqlandıran suallara cavab verilib.
Daha sonra, Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası tərəfindən Xocalı hadisələri haqqında bəyanat qəbul olunub. İsveç hökumətinin ofisi, Krallığın parlamentinin deputatlarına və spikerinə habelə, Ermənistanın İsveçdəki səfirliyinə ünvanlanmış bəyanatda Xocalı faciəsi ilə bağlı ətraflı məlumat verilib.
Sənəddə qeyd olunub ki, bir gecə ərzində 613 nəfər Xocalı sakini qətlə yetirilməsi, 8 ailənin tamamilə məhv edilmədi, 487 şəxsin yaralanması və 1275 nəfərin əsir götürülməsi, 197 xocalı sakinin isə itkin düşməsi dünya ictimaiyyəti tərəfindən kəskin şəkildə pislənməli, gələcəkdə belə halların baş verməməsi üçün Xocalıda olmuş qanlı hadisələrə düzgün siyasi qiymət verilməlidir.
Azvision.az
Teqlər: Xocalı