Nazir canlı yayımda 36 suala cavab verdi

   Nazir canlı yayımda 36 suala cavab verdi
  23 Fevral 2019    Oxunub:2628
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “ASAN Radio”nun “Qəbuldasan” verilişinin qonağı olub.
Nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsindən Azvision.az -a verilən məlumata görə, Emin Musəvinin müəllifi və aparıcısı olduğu veriliş həm radionun, həm də nazirliyin "Facebook" səhifəsində canlı yayımlanıb.

S.Babayev veriliş zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə, o cümlədən sosial təminat, pensiya təyinatı, məşğulluq, əmək münasibətləri, əlilliyin qiymətləndirilməsi və s. məsələlərə dair müraciətlərini cavablandırıb. Vətəndaşlar suallarını ASAN Radionun rəsmi facebook səhifəsi, vatsap və şəhər nömrəsi vasitəsilə veriblər.

Ümumilikdə 67 dəqiqəlik veriliş ərzində 36 suala cavab verilib. Veriliş müddətində vaxt baxımından cavablandırılması mümkün olmayan suallar nazirlik tərəfindən cavablandırılmaq, həmçinin araşdırma tələb edən müraciətlər baxılmaq üçün qeydiyyata alınıb.

Azvision.az


Teqlər: ƏƏSMN   Sahil-Babayev   ASAN-Radio  





Xəbər lenti