Kirayə qaldığı evdən oğurluq etdi

Kirayə qaldığı evdən oğurluq etdi
  23 Fevral 2019    Oxunub:1817
Fevralın 6-da Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinə müraciət edən şəhər sakini ona məxsus mənzildən məişət əşyalarının oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, dərhal Nizami Rayon Polis İdarəsinin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın mənzilindən ümumi dəyəri 1800 manat olan məişət əşyaları oğurlanıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qarətçinin həmin mənzildə kirayədə qalan, əvvəllər məhkum olunmuş Rüstəm Sadıxov müəyyən edilərək saxlanılıb. R.Sadıxov maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər:





Xəbər lenti