MSK-nın Media və ictimai əlaqələr şöbəsindən
Azvision.az -a verilən məlumata görə, Moldova Mərkəzi Seçki Komissiyasının sədri Alina Russunun dəvətinə əsasən gerçəkləşdirilən səfər çərçivəsində M.Pənahovun digər rəsmi şəxslərlə yanaşı, moldovalı həmkarı ilə də görüşü və iki ölkənin ali seçki qurumları arasındakı uzunmüddətli əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulub.
Qeyd edək ki, MSK təmsilçiləri həmçinin Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsi sədrinin dəvəti ilə sözügedən təşkilatın tərkibində də seçkilərin müşahidəsində iştirak edirlər.
Azvision.az