Azərbaycanda meşələr qorunacaq - Proqram hazırlanır

Azərbaycanda meşələr qorunacaq -   Proqram hazırlanır
  22 Fevral 2019    Oxunub:2309
"Meşələrin qorunması, inkişafı və davamlı istifadəsi üçün milli meşə proqramın hazırlanması vacibdir"
Azvision.az xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Avropa İqtisadi Komissiyasının meşəçilik sektoru üzrə rəis müavini Əkrəm Yazıçı deyib. O bildirib ki, Milli Meşə Proqramının hazırlanmasında beynəlxalq təcrübələr əsas götürülür.

"Biz FAO olaraq dünyanın 85-dən artıq ölkəsində Milli Meşə Proqramının hazırlanmasına dəstək veririk. Azərbaycan az meşəli ölkə olmasına baxmayaraq, biomüxtəlifliyi çox zəngindir. Yeni qəbul ediləcək proqram bu xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan meşələrinin qorunması, inkişafı və davamlı istifadəsinə töhfə verəcək".

Ə.Yazıçının sözlərinə görə, Azərbaycanda 450-dən artıq ağac və kol bitkiləri yayılıb ki, bunlardan da 70-i endemikdir. Bundan əlavə, yeni proqramın qəbulu gənclərin bu sahəyə olan marağının daha da artırılmasında mühüm rol oynayacaq.

Aytən Zəhra
Azvision.az



Teqlər: BMT   Meşə  





Xəbər lenti