Ölkə ərazisinin 14 faizi meşədir

 Ölkə ərazisinin 14 faizi meşədir
  22 Fevral 2019    Oxunub:2001
Azərbaycanın ümumi meşə fondunun sahəsi 1 milyon 213 min hektardır. Bu, ölkə ərazisinin ümumilikdə 14 faizini, meşə ilə örtülü sahələrin isə cəmi 12 faizini təşkil edir.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova deyib. Onun sözlərinə görə, meşələrin qorunması, daha səmərəli idarə edilməsi və meşə sektorunun inkişaf etdirilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əsas prioritetlərindən biridir.

İ.İbrahimova əlavə edib ki, bu istiqamətdə işləri daha sistemli və kompleks şəkildə qurmaq üçün hazırda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) texniki dəstəyi ilə yeni Milli Meşə Proqramı üzərində iş aparılır və artıq Proqramın ilkin layihəsi hazırdır.

"2020-2030-cu illəri əhatə edəcək yeni proqram nazirliyin beynəlxalq təcrübəyə əsaslanaraq meşəçilik sistemində görəcəyi işlər üçün yol xəritəsidir".

Nazirlik rəsmisi, həmçinin qeyd edib ki, Milli Meşə Proqramının qəbul edilməsi meşə sektorunda yeni bir mərhələnin başlanğıcı olacaq.



Aytən Zəhra
Azvision.az


Teqlər: ETSN  





Xəbər lenti