Gömrükdə qaçaqmalçılığa qarşı 200 minlik aparatlar alınıb

Gömrükdə qaçaqmalçılığa qarşı 200 minlik aparatlar alınıb
  22 Fevral 2019    Oxunub:2656
Dövlət Gömrük Komitəsinin sifariş verdiyi “Body Scan" (B-Scan) yoxlama aparatları artıq Azərbaycana gətirilib.

Azvision.az -ın məlumatına görə, ölkəmizə gətirilən aparatların sayı 9-dur. Yeni aparatlar bütün beynəlxalq hava limanlarında, Naxçıvan Muxtar Respublikasında və cənub sərhədlərində quraşdırılacaq.
Qeyd edək ki, adıçəkilən avadanlığın maliyyə dəyəri 150-200 min avro dəyərindədir. Bu avadanlıqlar vasitəsilə insanların daxili orqanlarında keçirmək istədikləri narkotik maddə və digər vasitələr gömrük ərazisində daha sürətlə aşkarlanacaq.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: DGK   Gömrük   Aparat  





Xəbər lenti