Kiçik addımlar, böyük nəticələr...
Tədbirdə iştirak edən YARAT-ın təhsil proqramları üzrə rəhbəri Səyyarə Hüseyinlininsözlərinə görə, ekskursiya ətraf mühitin qorunması, tullantıların azaldılması və ölkəmizdə təkrar emal qutularının aktiv istifadəsinin təbliğini hədəf tutmuşdur.
“Təkrar emal, təkrar istifadə və tullantıların azaldılması mədəniyyətini uşaqlara kiçik yaşlardan aşılamaq gələcəkdə onlarda ətraf mühitə qarşı qayğı hissini oyatmağın ən doğru yoludur”, – deyə Greenify Azerbaijankomandasının təşəbbüskarıPaşa Babayev vurğulayır. Komandanın digər üzvü Məhəmməd Kekalov bildirir: “Bizim üçün vacib olan uşaqların açıq fikirli, ətraf mühitə duyarlı böyüməsidir. Buna görə də belə tədbirlərin təşkilini vacib hesab edirəm”.
Greenify Azerbaijan komandası sosial şəbəkələrdə mütəmadi olaraq müxtəlif informativ və maarifləndirici paylaşımlar edir. Onlar izləyiciləri plastikdən imtina etməyə və əvəzində təkrar istifadəyə yararlı əşyalardan faydalanmağa çağırırlar.
Azvision.az
Teqlər: