“Yaralılar arasında hamilə qadın da var” - Nazirlikdən açıqlama

“Yaralılar arasında hamilə qadın da var” - Nazirlikdən açıqlama
  21 Fevral 2019    Oxunub:3126
Sumqayıtda yol qəzasında yaralananlardan 6 nəfəri reanimasiyaya yerləşdirilib.

Bu barədə Azvision.az -a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib. Bildirib ki, yaralılar arasında hamilə qadın da var.
"Ölən yoxdur, amma vəziyyəti ağır olanlar var. Yaralılardan biri əməliyyat otağına götürülüb".

Qeyd edək ki, bu gün Sumqayıt şəhərində yol qəzası baş verib. 30 nömrəli müntəzəm xətti üzrə işləyən sərnişin avtobusu əvvəlcə "Toyota" markalı "Prado"ya, daha sonra idarəetməni itirərək binaya çırpılıb.

Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Hadisə Sumqayıt şəhəri Məşədi Əzizbəyov küçəsi ilə Nizami küçəsinin kəsişməsində baş verib.

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti