Konstitusiya Məhkəməsi vətəndaşın şikayətini icraata götürüb

Konstitusiya Məhkəməsi vətəndaşın şikayətini icraata götürüb
  21 Fevral 2019    Oxunub:1374
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, iclasda Azərbaycan Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaş S.Məmmədovun məhkəmə aktlarından verdiyi şikayətə baxılaraq icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Şikayət üzrə işə Konstitusiya Məhkəməsi Plenumunun martın 15-nə təyin edilmiş iclasında baxılacaq.

Azvision.az


Teqlər: KonstitusiyaMəhkəməsi  





Xəbər lenti