Güclü külək əsəcək - Xəbərdarlıq
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 , gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-4, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti, yüksək dağlıq ərazilərdə gecə 12-17, gündüz 0-5 dərəcə şaxta təşkil edəcək.
ETSN xəbərdarlıq edir ki, fevralın 21-22-də qərb küləyinin əsasən dağlıq rayonlarda arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.
Azvision.az