Kimlər əfv olunmaq üçün müraciət edir?

Kimlər əfv olunmaq üçün müraciət edir?
  20 Fevral 2019    Oxunub:2499
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına əsasən mülkiyyət, sağlamlıq, idarəçilik əleyhinə, o cümlədən, iqtisadi fəaliyyətlə bağlı müraciətlər daxil olub.

Bu barədə AzVision.az -a Komissiyadan məlumat verilib.
Bildirilib ki, Komissiyaya Cinayət Məcəlləsinin bütün fəsillərinə aid müraciətlər edilir və kim tərəfindən daxil olmasına baxmayaraq, bütün müraciətlər araşdırılır.

Qeyd edək ki, Əfv Komissiyası bu il 3 iclas keçirib. Daxil olan 1000-ə yaxın müraciətdən 300-nə baxılıb. Növbəti günlərdə iclasların davam etdiriləcəyi gözlənilir. Ehtimal edilir ki, Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalanacaq.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Əfv  





Xəbər lenti