Səfər Mehdiyev vətəndaşları qəbul edəcək

Səfər Mehdiyev vətəndaşları qəbul edəcək
  20 Fevral 2019    Oxunub:2756
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev fevralın 23-də saat10:00-da Ağsu şəhərindəki Heydər Əliyev Mərkəzində (Ağsu şəhəri, Azərbaycan küç. 25) bu bölgədən olan vətəndaşları qəbul edəcək.
Komitədən Azvision.az -a verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən - Ağsu, Şamaxı, İsmayıllı, Qobustan rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), DGK-nın Cənub Ərazi Baş Gömrük İdarəsi, Şirvan gömrük postu (əlaqə telefonu: (021) 215-34-10) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Azvision.az


Teqlər: Komitə   Sədr   Səfər-Mehdiyev  





Xəbər lenti