Rusiyaya poçt bağlaması göndərənlərin nəzərinə! - 30 faiz vergi qoyuldu

   Rusiyaya poçt bağlaması göndərənlərin nəzərinə! -    30 faiz vergi qoyuldu
  20 Fevral 2019    Oxunub:1667
“Rusiya poçtu” dünyanın istənilən ölkəsindən Rusiya ərazisinə daxil olan beynəlxalq bağlamalara 30 faiz vergi qoyub.
Azvision.az "Azərpoçt" MMC-yə istinadən xəbər verir ki, bu verginin ödənişi poçt göndərişi gömrüyə daxil olanda həyata keçiriləcək.

Federal Gömrük Xidməti 500 avrodan çox dəyəri olan göndərişlərin 1/3-i məbləğində dövlət rüsumu ödənilmədiyi təqdirdə onların gömrükdən buraxılmasına icazə verməyəcək.

Əgər Rusiya sakini müəyyən vaxt müddətində dövlət rüsumunu hər hansı səbəblərə görə ödəməzsə, gömrük bağlamanı onu göndərən ölkəyə geri qaytaracaq.

Bundan başqa, maksimum çəkiyə görə məhdudiyyət artıq dəyişdirilib, yəni 31 kq limit qoyulub. Bu limit keçildiyi təqdirdə, hər əlavə 1 kq üçün 4 avro ödənilməlidir. Beləliklə, başqa ölkələrdən hər hansı artıq çəkili əşyanın alınıb Rusiyaya çatdırılması əsla sərfəli deyil.

Azvision.az




Teqlər:





Xəbər lenti