“Mehriban Əliyeva özü şəxsən göstəriş vermişdi” - Rafiq Hüseynovun xanımı

  “Mehriban Əliyeva özü şəxsən göstəriş vermişdi” -    Rafiq Hüseynovun xanımı
  20 Fevral 2019    Oxunub:6092
Xəbər verdiyimiz kimi, ötən gün xalq artisti, görkəmli teleaparıcı və diktor Rafiq Hüseynovun yaşadığı evin qarşısında barelyefinin açılışı olub. Barelyef Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Fondun dəstəyi ilə hazırlanıb.
Mərhum diktorun həyat yoldaşı Səbinə Hüseynova Azvision.az -a bildirib ki, Birinci xanımın humanist təşəbbüsü ona böyük sevinc bəxş edib.

“Mehriban xanım barelyefin hazırlanmasına özü şəxsən göstəriş vermişdi. Belə bir işin görülməsi bizim üçün xoş oldu, çox sevindik. Heykəltaraş Hüseyn Haqverdiyev barelyefin üzərində ciddi işləyirdi. Nəticədə uğurlu iş alındı. Barelyefin özündə iki simvol birləşdirilib. Belə ki, barelyefdə Rafiq Hüseynov AzTV-nin siması olaraq və Teleqüllə simvolu birlikdə təsvir edilib. Hüseyn Haqverdiyevin işlərini çox bəyənirəm. Rafiqin baş daşının da müəllifi odur. Mən ailəmiz adından bu işin baş tutmasında zəhməti keçən hər kəsə təşəkkürümü bildirirəm”, - deyə R.Hüseynovun xanımı vurğulayıb.

S.Hüseynova əlavə edib ki, yaxın vaxtlarda diktora həsr olunmuş yaradıcılıq gecəsi keçiriləcək.





Şahanə Rəhimli
Azvision.az



Teqlər: Rafiq-Hüseynov  





Xəbər lenti