Bakı Fond Birjasında hərrac keçirilib

Bakı Fond Birjasında hərrac keçirilib
  20 Fevral 2019    Oxunub:1556
Fevralın 19-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 25 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən Azvision.az -a bildirilib ki, hərrac zamanı 22 investor tərəfindən qiymət intervalı 91.7846 AZN (9.0000 faiz) və 93.5000 AZN (6.9901 faiz) olan 30 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 93.2756 AZN (7.2488 faiz), orta ölçülmüş qiyməti 93.3026 AZN (7.2176 faiz) müəyyən olunub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 114 milyon 637 min 900 manat, yerləşdirilmiş həcmi isə 25 milyon manatdır.

İstiqrazlar 2020-ci il fevralın 18-də ödəniləcək.

Azvision.az



Teqlər: BFB  





Xəbər lenti