“İslahatlar mafioz qüvvələri narahat edir” - Çingiz Qənizadə

 “İslahatlar mafioz qüvvələri narahat edir” -    Çingiz Qənizadə
  19 Fevral 2019    Oxunub:3189
“İslahatların tərkib hissəsi olaraq banklarda vətəndaşlara veriləcək kreditlərin faiz dərəcələrinə diqqət etmək lazımdır. Belə ki, faiz dərəcələri aşağı salınmalıdır. Bu faizlərlə kredit götürən şəxs sonra çətinliklə üzləşir, kreditlərin qaytarılmasında problemlər yaranır”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Çingiz Qənizadə deyib. O, bildirib ki, bəzi müxalifyönlü qüvvələr ölkədə aparılan işlərə kölgə salmağa çalışır.

“Müxalifyönlü insanların aktivləşməsi ilə bağlı fikirlərə mən də qoşuluram. Görünür, Qərbdən bəzi şəxslərin cibləri açılır, bundan ilhamlanan insanlar ölkədəki sabitliyi başqa cür yozmaq istəyirlər. Son dövrlər ölkə Prezidentinin tapşırığı ilə müxtəlif qurumlarda islahatlar həyata keçirilib. Qida Təhlükəsizliyi Agentliyinin apardığı işlər əhalini keyfiyyətsiz məhsullardan qoruyur. Bu islahatlar yalnız müxalif qüvvələri deyil, mafioz qüvvələri də narahat edir. Son günlər Qida Təhlükəsizliyi Agentliyi və onun sədri Qoşqar Təhməzli ilə bağlı gedən yazıları araşdırsaq, görərik ki, bunun arxasında “leş mafiyası” dayanır. Həmin mafiya uzun illər yararsız və keyfiyyətsiz məhsulları vətəndaşlarımıza sırımaqla məşğul olub”, - Ç.Qənizadə çıxışında deyib.

Azvision.az



Teqlər: Milli-Məclis  





Xəbər lenti