Canavarların hücumu ilə bağlı İşçi Qrup yaradıldı

 Canavarların hücumu ilə bağlı İşçi Qrup yaradıldı
  19 Fevral 2019    Oxunub:1933
Canavarların kəndlərə hücumu ilə bağlı İşçi Qrup yaradılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Goranboy rayonunun Boluslu və Eyvazlılar kəndlərinə canavarların hücum edərək kənd təsərrüfatı heyvanlarına zərər vurması ilə bağlı quruma daxil olan məlumat əsasında İşçi Qrup yaradılıb.

ETSN-nin və “Azərovçu” İctimai Birliyinin əməkdaşlarından ibarət İşçi Qrup vətəndaşların təhlükəsizliyinin təmin olunması və onların əmlakına zərər vurulmasının qarşısının alınması məqsədilə sözügedən ərazini nəzarətə götürərək vəhşi heyvanların sayının tənzimlənməsi ilə bağlı tədbirlər görür.

Aytən Zəhra
Azvision.az



Teqlər: ETSN  





Xəbər lenti