ABŞ-ın Skokie şəhərində 26 fevral Xocalı Faciəsinin Anım Günü elan edildi
Ərazini tərk etməyə çalışan mülki əhalinin atəşə tutulması nəticəsində həmin dövrdə Avropanın ən böyük qırğınının həyata keçirilməsi vurğulanır. C.Dusen bəyanatda 106-sı qadın, 83-ü uşaq və 70-i yaşlı olmaqla 613 mülki şəxsin öldürülməsi, 150 insanın itkin düşməsi, 487 nəfərin yaralanmasını təəssüf hissi ilə qeyd edir. Bəyanatda Xocalı faciəsinin müharibə zamanı törədilə bilən ən dəhşətli qığın kimi qiymətləndirlir.
Bəyanatda, həmçinin Ermənistan qüvvələrinin Azərbaycan ərazilərinin işğalına son qoymağa çağıran BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetirəlməməsi, BMT Baş Assambleyasının, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT, Amerika-Azərbaycan Şəbəkəsi, o cümlədən, ABŞ-ın Dövlət Departamenti və Ağ Ev tərəfindən Dağlıq Qarabağ region da daxil olmaqla Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün tanınması qeyd olunur.
Xatırlatmaq istərdik ki, İllinoys ştatını ABŞ Senatında təmsil edən Temmy Dakuors tərəfindən Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinə ünvanlanmış məktubda Xocalı faciəsinin xatirəsinin anılması üçün Mərkəzə minnətdarlıq ifadə edilib. Daha yaxşı gələcəyin qurulması üçün tarixi faktların tanınmasının vacibliyini qeyd edən senator bu kimi halların təkrarlanmaması üçün bu sahədə birgə əməkdaşlığın əhəmiyyətini vurğulanıb.
Həmçinin Xocalı faciəsinin 27-ci il dönümü ilə əlaqədar ABŞ Konqresinin üzvü Bobbi Raş tərəfindən rəsmi bəyanat verilib. Konqresmen bəyanatda Xocalı faciəsinin ABŞ-da anılmasının dünya xalqları arasında anlaşma, əlaqələndirmə və dözümlülüyü daha da artıracağına ümid ifadə edib. 17 fevral tarixində Çikaqo şəhərində İlonoys ştatının Holokost Muzeyi və Təhsil Mərkəzinin binasında Azərbaycan tarixinin ən faciəvi səhifələrindən biri olan Xocalı faciəsinin 27-ci il dönümünə həsr edilmiş tədbir keçirlib. Tədbir Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin iştirakı ilə baş tutub.
Azvision.az