ASAN-ın Kollegiya üzvləri – SİYAHI

ASAN-ın Kollegiya üzvləri – SİYAHI
  06 Fevral 2013    Oxunub:2047
ASAN Xidməti - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin kollegiyasının tərkibi təsdiqləndi.
AzVision.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı dünən Sərəncam imzalayıb.
Prezidentin Sərəncamı ilə Kollegiya rəhbərliyi sözügedən Dövlət Agentliyinin sədri edəcək.
Kollegiyanın üzvləri isə Agentliyin sədrinin birinci müavini, müavini, eləcə də Dövlət Agentliyi Aparatının rəhbəri olacaq.
Sərəncamda həm də Agentliyin bir sıra şöbə müdirləri Kollegiyanın üzvləri olaraq təsdiq ediliblər. Onlar Dövlət Agentliyinin Nəzarət və qiymətləndirmə şöbəsi, Sosial innovasiyalar və strateji araşdırmalar şöbəsi, İnformasiya texnologiyaları şöbəsi, Beynəlxalq və ictimai əlaqələr şöbəsi, İnsan resursları və təlim şöbəsi, Hüquqi təminat şöbəsinin müdiridir.


Teqlər:





Xəbər lenti