BTC kəməri ilə 2,3 milyon ton Azərbaycan nefti nəql olunub

BTC kəməri ilə 2,3 milyon ton Azərbaycan nefti nəql olunub
  08 Noyabr 2013    Oxunub:1544
Ötən ay BTC kəməri ilə 2,3 milyon ton Azərbaycan nefti nəql olunub.
2013-cü ilin oktyabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 393 605 ton Azərbaycan nefti nəql olunub.

AzVision.az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, cari ilin yanvar-oktyabr aylarında bu kəmərlə 24 940 693 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2013-cü il noyabr ayının 1-nə qədər BTC-yə 230 392 507 ton neft vurulub.

Bundan başqa, cari ilin oktyabr ayında BTC kəməri ilə 90 342 ton Türkmənistan nefti nəql olunub.


Teqlər:  





Xəbər lenti