78 yaşlı kişi Bakı metrosunda öldü

 78 yaşlı kişi Bakı metrosunda öldü
  25 Dekabr 2018    Oxunub:2814
Bakı metrosunda sərnişin dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, hadisə saat 16:25 radələrində metronun “28 May” stansiyasında baş verib.

Bakı şəhər sakini, 1940-cı il təvəllüdlü Nazim Əhmədov platformada olarkən anidən halı pisləşib. Onun həyatını xilas etmək mümkün olmayıb. Sərnişinin ölüm səbəbi hələlik məlum deyil.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Metro   Ölüm  





Xəbər lenti