DİN-in şöbə rəisi: “9 ayda 112 qadın özünü öldürüb”

 DİN-in şöbə rəisi:  “9 ayda 112 qadın özünü öldürüb”
  26 Noyabr 2018    Oxunub:2472
"Son 5 ilin statistikasına əsasən qadınlara qarşı zorakılıqla bağlı cinayətlərin dinamikasında azalma müşahidə edilir. 2018-ci ilin 9 ayı ərzində qadınlara qarşı zorakılıqla bağlı cinayətlərin ümumi sayı ölkə üzrə baş vermiş cinayətlərin cüzi hissəsini təşkil edir"
Azvision.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin rəisi Adıgözəl Adıgözəlov bildirib.

Onun sözlərinə görə, 9 ayda ailə məişət zəminində məişət zorakılığı ilə bağlı 678 cinayət faktı qeydə alınıb.

"Qadınlara qarşı zorakılıqla törədilmiş cinayətlərdə özünü öldürən, öldürmə həddinə çatdırmaqla bağlı 135 fakt olub ki, onlardan ölən qadınların sayı 112 nəfər olub. Ölən qadınlardan 11-i azyaşlı qızlardır. Qadınlara qarşı cinayət törətməsi məyyən edilmiş 2004 şəxs 9 ay ərzində məsuliyyətə cəlb olunub. Cari ildə qadınların hüqüqlarının məhdudlaşdırılması ilə bağlı cinayət faktı qeydə alınmayıb".

Aytən Zəhra
Azvision.az



Teqlər: DİN   Qadın  





Xəbər lenti