“Belə həssas məqamda...”

“Belə həssas məqamda...”
  04 Fevral 2013    Oxunub:1990
“Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və “REAL” hərəkatının sədri İlqar Məmmədov barəsində həbs-qətimkan tədbirinin seçilməsi çox üzücüdür”.
AzVision.az-ın məlumatına görə, bunu AXCP sədrinin müavini Razi Nurullayev öz profilində yazıb.
O, hər iki şəxs barəsində məhkəmənin çıxardığı qərarı qınayıb. AXCP sədrinin müavini bu addımı “cəmiyyətdə artan narazılığın, fəallığın qarşısının alınması” kimi qiymətləndirib: “Bu həbsi yolverilməz hesab edirəm. Bu həbs xəbəri dünyanı dəfələrlə dolaşacaq, xarici jurnalistlər tərəfindən minlərlə məqalələr yazılacaq, beynəlxalq müdafiə kampaniyaları aparılacaq və nəticədə hakimiyyətin, eləcə də ölkəmizin imicinə ciddi ziyan gələcək. Onların həbsdə qalması prosesi daha da sürətləndirə, beynəlxalq təzyiqi daha da artıra bilər. Azərbaycan üçün belə həssas bir məqamda həbs kimi addımların seçilməsi əks effekt verəcək”.


Teqlər:





Xəbər lenti