2014-də ən çox baxılacaq Hollivud filmləri –VİDEO

2014-də ən çox baxılacaq Hollivud filmləri –VİDEO
  27 Oktyabr 2013    Oxunub:2146
AzVision.az 2014-cü ildə ən çox baxılması ehtimal olunan Hollivud filmlərin təqdim edir.
1. `İlk qisasçı: Kənar savaş`. Artıq `youtube` portalında filmin ingiliscə tanıtım videosu milyonlarla izləyicini birləşdirib. Fantastik janr sevənlər bundan əvvəl nümayiş etdirilən `Qisas` filmin yaxşı tanıyır. Bu filmi də `Qisas`ın davamı kimi qiymətləndirmək olar. Filmin qəhrəmanı artıq müasir dünyada yaşamağını fikirləşdiyi zaman qarşısına yeni macəra dolu problemlər çıxır.


2. `Arzular yaşanır` filmin yaradıcıları isə həytda hər kəsin şöhrət anının olduğun deməyə çalışır. Hətta əyər sənin 37 yaşın var, uşaqlıqdan elə də gözəlliklə seçilməmisən, şatatdan kənar mobil telefon mağazasında satıcı işləyirsən və valideynlərinin evində çardaqda yaşasan da belə bu mümkündü. Filmin qəhrəmanı isə bir şeyi – opera səhnəsində oxumağı arzulayır.


3. Hamı bilir ki, hər bir nağıl krallığında ağıllı kral, dünyalar gözəli şahzadə və cəsur döyüşçü olur. Bu nağılda fərqlənmir əyər bir şərti nəzərə almasaq. Bu şahlıq robotlar diyarıdır və qəhrəmanımız cəsurdur amma heç (hələki) döyüşçü deyil. Əlbətdəki nağılın hiyləgər hökmranlıq istəyən pis personajı da var. Robotlar diyarın onun əlindən isə yalnız bir nəfər – qəhrəmanımız Rasti xilas edə bilər. Onu hələ hamı ciddiyə almasada və ona gülsələrdə Rasti mütləq cəsur döyüşçü olacaq və krallığı pis qüvvələrdən xilas edəcək. `Cəsur Ürək` cizgi filmi 2014-cü ildə vizyonda olacaq.



Teqlər:  





Xəbər lenti