“Qaranlıq Günəş" təqdim olundu

“Qaranlıq Günəş" təqdim olundu
  08 Oktyabr 2018    Oxunub:9299
“Qaranlıq Günəş - Xeyrin Çöküşü” kitabının təqdimatı olub.
AzVision.az xəbər verir ki, roman Azərbaycanda fantastik-qurğu janrında yazılmış ilk əsərdir.

Təqdimat mərasimində romanın yazarı Zaur Pənahov bildirib ki, janrın dünyada "Üzüklərin Hökmdarı", "Taxt Oyunları" və "Harry Potter" kimi nümunələri olsa da, bu janr ölkəmizə ilk dəfə 2011-ci ildə “Qaranlıq Günəş”lə gəlib.

Onun sözlərinə görə, ilk nəşrdə 1000 tirajlıq satışından sonra ikinci nəşri daha nəfis tərtibatla hazırlanaraq çap edilib.

Müəllif bildirib ki, romanı ingilis dilində də oxumaq mümkündür. Kitabı “Amazon”dan onlayn şəkildə əldə etmək olar.








Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Qaranlıq-Günəş  





Xəbər lenti