Bakının su basan əraziləri təmizlənir - FHN köməyə çatdı

Bakının su basan əraziləri təmizlənir - FHN köməyə çatdı
  23 Sentyabr 2018    Oxunub:3804
Bakı şəhərində yağan intensiv yağışlar nəticəsində bəzi ərazilərin yağış suları ilə dolması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan müraciətlərlə əlaqədar təxirəsalınmaz tədbirlər həyata keçirilir.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, hazırda nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın müxtəlif rayonlarında suçəkmə işlərinin və digər təxirəsalınmaz tədbirlərin görülməsini davam etdirir.

Görülmüş işlər nəticəsində çağırış olan bəzi ünvanlarda suyun kənarlaşdırılması təmin olunub, köməyə ehtiyacı olan insanlara müvafiq köməklik göstərilib. Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər: FHN   Yağış  





Xəbər lenti