Oğurluq edənlərin əlləri kəsiləcək

Oğurluq edənlərin əlləri kəsiləcək
  24 Oktyabr 2013    Oxunub:1616
Bruney Sultanı Həssənəl Bolkiya hamını təəccübləndirdi
Dünyada ölüm hökmlərinin ləğv olunduğu bir vaxtda, Sultan Bolkiya şəriət qanunlarının daha kəskin tətbiq olunmasına göstəriş verib. Dünyanın ən zəngin şəxslərindən sayılan Bruney sultanı xalqa müarciətində, bundan sonra islam qaydalarını pozanların daha şiddətlə cəzalandırılacağını bildirib.
Belə ki, əxlaqsızlıqda ittiham olunanlar birmənalı şəkildə daşlanaraq öldürüləcək, oğurluq edənlərin isə əlləri kökündən kəsiləcək. Bundan başqa abort etdirənlər və içki içənlər də bu tip cəzaların ən ağırlarından nəsiblərini alacaqlar. Yeni qanun 6 ay ərzində qüvvəyə minəcək.


Teqlər:  





Xəbər lenti