"Xəzər" kafesindəki yanğın söndürülüb - VİDEO (Yenilənib)
***
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda yerləşən tikilidə (çay evi kimi fəaliyyət göstərir) yanğın hadisəsi baş verib.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir. Yanğınsöndürmə və digər xilasetmə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
Bakının Xətai rayonu ərazisində güclü yanğın başlayıb.
AzVision.az-ın məlumatına görə, yanğın Nobel prospektində yerləşən obyektlərdən birində qeydə alınıb. Hazırda yanğın davam edir. Əraziyə FHN-nin briqadaları cəlb olunub.
AzVision.az