Abşeron rayonunun Masazır kəndində ümumi sahəsi 120 m2 olan kürsülü, ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları və yaxınlıqda ümumi sahəsi 160 m2 olan ikimərtəbəli 4 otaqlı evin dam örtüyü 2 m2 sahədə yanıb.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.