İlham Əliyev Federasiyanın baş katibi ilə görüşdü

İlham Əliyev Federasiyanın baş katibi ilə görüşdü
  04 Fevral 2013    Oxunub:1924
Prezident İlham Əliyev Beynəlxalq İdman Atıcılığı Federasiyasının baş katibi Frants Şrayberi qəbul edib.
Beynəlxalq İdman Atıcılığı Federasiyasının baş katibi Frants Şrayber Azərbaycana səfərindən məmnunluğunu ifadə edib.
Ölkəmizlə yaxından tanış olduqlarını deyən Frants Şrayber Qəbələdəki idman kompleksinə getdiklərini və Bakıda bir sıra idman obyektlərinə baş çəkəcəklərini vurğulayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə idmana dövlət səviyyəsində göstərilən diqqətin önəmini qeyd edib. Frants Şrayber 2014-cü ildə Atıcılıq Federasiyasının stend atıcılığı üzrə dünya kubokunun finalının Azərbaycanda təşkil olunacağını, 2015-ci ildə isə dünya kubokunun stend atıcılığı üzrə mərhələ yarışlarının ölkəmizdə keçiriləcəyini qeyd edərək Federasiya üçün böyük əhəmiyyət daşıyan bu tədbirlərə Azərbaycanın ev sahibliyi etməsini ölkəmizin beynəlxalq idman əməkdaşlığı sahəsində yeni uğuru kimi dəyərləndirib.
Dövlət başçısı ölkəmizdə idmanın müxtəlif növlərinin sürətlə inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev Beynəlxalq İdman Atıcılığı Federasiyasının ölkəmizin müvafiq qurumları ilə əməkdaşlığının önəmini qeyd edib. Azərbaycanın müxtəlif beynəlxalq idman yarışlarının keçirilməsinə hazır olduğunu bildirən Prezident İlham Əliyev artıq bir sıra dünya kuboklarının, Avropa çempionatlarının ölkəmizdə təşkil olunduğunu, 2015-ci ildə isə ilk Avropa Oyunlarına respublikamızın ev sahibliyi edəcəyini Azərbaycanda idmanın inkişafına yaradılan yüksək şəraitin göstəricisi kimi dəyərləndirib. Dövlət başçısı bu cür beynəlxalq yarışların gələcəkdə də uğurla keçiriləcəyinə ümidvar olduğunu vurğulayıb.


Teqlər:





Xəbər lenti