Magistr birincisi: “Xaricdə təhsil almaq istəyirəm”

Magistr birincisi: “Xaricdə təhsil almaq istəyirəm”
  06 Mart 2013    Oxunub:5514
Magistratura imtahanında 97 bal toplayan Günay Miriyeva ilə söhbət etdik.
Martın 3-də keçirilən magistraturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlandı. İmtahanda toplanılan ən yüksək bal isə 97 olub . AzVision.az xəbər verir ki, ən yüksək nəticəni ölkə üzrə iki nəfər toplayıb. Onlar Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Fəridə Musayeva və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Günay Miriyevadır.

G.Miriyeva bu nəticəni əldə edəcəyinə inanmayıb: “Düzünü desəm əvvəlcədən bilmirdim. Amma ümid edirdim ki, 90-95 bal arasında yığacam. Amam kursa gedirdim, orada yaxşı hazırlaşırdım. Həm də imtahan da suallar asan idi.

Günay Miriyeva məntiqdən 50 suala düzgün cavab yazmağı qarşısına məqsəd qoyduğunu söyləyib. “Elə də oldu, hamısını düzgün cavablandırdım. Düşünürəm ki, hər bir tələbə yaxşı hazırlaşsa, yaxşı bal yığa bilər. Cəmi 3 səhvim olmuşdu, informatikadan birini cavab kartına səhv köçürmüşdüm. Qalan ikisini isə həyəcandan səhv yazmışdım”-deyə, Günay Miriyeva bildirib.

Təhsilini xaricdə davam etdirmək istəyən Günay Miriyeva, magistrı dövlət xətti ilə Avropa ölkələrindən birində oxumaq istəyir: “Hələ dəqiq bilmirəm. Əgər alınsa dövlət proqramı ilə xaricdə təhsil almaq istəyərəm. Amma alınmasa elə öz universitetimizdə magistr pilləsində təhsilimi davam etdirəcəm”.

Qeyd edək ki, Fəridə Musayeva ilə müsahibəni dünən oxucularımıza təqdim etmişdik.

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti