Bakıda gömrük işçisi bıçaqlanıb? - Açıqlama (Yenilənib)
***
(16:46)
Bakıda Belarus vətəndaşı Azərbaycanın gömrük işçisini və üç xarici vətəndaşı bıçaqlayıb.
AzVision.az Report-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu, Salyan şossesində yerləşən “İpək yolu” gömrük terminalında qeydə alınıb. Belarus vətəndaşı 36 yaşlı Astauk Valeriy Nikolayeviç həmyerlisi Vladimir Balintə, Ukrayna vətəndaşları Vasso Mixaylova və Roma Matvyuka, həmçinin terminalın işçisi Emil Əliyarbəyova bıçaqla xəsarət yetirib.
A.Nikolayeviç polislər tərəfindən saxlanılıb. Yaralılara tibbi yardım göstərilir.
AzVision.az
Teqlər: Belarus Gömrük Bıçaqlanma