Bakı şəhərinin Qaradağ rayonunda "Mercedes" markalı minik avtomobilinin yol kənarına aşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, yanğın nəticəsində avtomobilin salonu və yük yeri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.